Gürcüstan Rusiyadan əvvəllər olduğu qədər asılı deyil.
Bu barədə cümə axşamı ölkənin baş naziri Georgi Kvirikaşvili Tiflisdə keçirilən beynəlxalq enerji forumunda bildirib.
"Qazprom"la bizim texniki xarakterli danışıqlarımız olub, bu da müqavilə ilə başa çatıb. Biz Rusiyadan keçmişdə olduğu qədər güclü şəkildə asılı deyilik", - deyə Kvirikaşvili qeyd edib.
Baş nazir bildirib ki, Gürcüstan yekunda Azərbaycanın Dövlət Neft Şirkəti ilə daha sərfəli şərtlərlə enerji üzrə müqavilə imzaladı.
Cia.az
