|
Modriç: "Türkiyəyə uduzduğumuz oyunda çoxlu ağlamışdım"

Xorvatiya millisinin futbolçusu Luka Modriç "Avro-2016"dakı şanslarını dəyərləndirib.

O, Türkiyəni məğlub edəcəkləri təqdirdə, qrupdan çıxmaq şanslarının çox olacağını deyib:

"Növbə ilə Türkiyə, Çexiya və İspaniya ilə oynayacağıq. İlk oyununu əsasdır. Türkiyə məğlub etsək, qrupdan çıxmaq şansımız asan olacaq".

L.Modriç Xorvatiya millisində ən çox Avro-2008"də Türkiyəyə penaltilərlə uduzduğu görüşdə təəssüfləndiyini bildirib:

"Məğlubiyyəti sevmirəm. Türkiyəyə penaltilərlə uduzduğumuz oyunda çoxlu ağlamışdım".

Cia.az