|
Kosova və Cəbəllütariq milliləri "DÇ-2018"də - rəsmi

FİFA quruma üzv qəbul etdiyi Kosova və Cəbəllütariqin "DÇ-2018"də iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarını verib.

Sözügedən milli komandaların "DÇ-2018"in seçmə mərhələsində oynaması qərara alınıb.

Qərara əsasən, Kosova Xorvatiya, İslandiya, Ukrayna,Türkiyə və Finlandiyanın olduğu İ qrupunda mübarizə aparacaq.

Cəbəllütariq isə H qrupunda Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya və Kiprə rəqib olacaq.

Cia.az