|
Gəncədə 76 yaşlı qadın özünü çaya atdı

Gəncədə intihar hadisəsi qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə Gəncəçayın Gəncə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Təzəgül Xəlilova özünü çaya atıb. Qadın boğularaq ölüb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.