Nyu Cersidəki Baptist kilsəsinin keşişi Erik Demenn deyib ki, insanları dini inanca gətirmək üçün fiziki gücdən istifadə edib.
Hətta çıxışlarından birində bildirib ki, bir dəfə balaca bir uşağı sinəsindən vurandan sonra o, Allaha inanmağa başlayıb. Demennin sözlərinə görə, bu, bir neçə il əvvəl Kanadada yaşadığı vaxt baş verib. O vaxt keşiş gənclərlə çalışırmış. Ben adlı yeniyetmə isə həmin vaxt Allahı ciddi qəbul etmirmiş: “Mən ona yaxınlaşdım və sinəsinə zərblə bir neçə dəfə vurdum. Bundan sonra ona yenidən ”Allaha inanırsanmı" sualını verdim və o, bu dəfə inandığını dedi".
Keşişin bu çıxışı 2014-cü ilin sonunda yayımlanıb. Amma KİV və internet istifadəçiləri bu roliki 8 yanvarda görüblər. Bundan başqa, cəmi 4 gün ərzində bu videoya 1.5 milyon nəfər baxıb
cia.az
