|
Makiyajınızı bununla silin –

Hər gecə yatmazdan əvvəl makiyajı təmizləməyin lazım olduğunu bilirik. Bəs  makiyajı necə və hansı vasitələrlə təmizləyirsiniz? Əslinə baxsanız, təbii makiyaj təmizləyicilərdən də istifadə edə bilərsiniz. Üstəlik, əlavə edək ki, həmin vasitələri mətbəxinizdə tapa bilərsiniz.

Avokado

Avokadoyla ən çətin gedən göz laynerləri və maskaralar belə təmizləyir. Eyni zamanda, tərkibindəki Omeqa-3 yağ turşuları və A, D, E vitaminləriylə möhtəşəm bir göz ətrafı kremi də olacaq.

Hindqozu yağı

Hindqozu yağı makiyaj təmizləmədə olduqca təsirli vasitədir. Bununla yanaşı, dərini nəmləndirir və istifadəsi çox sadədir. Sadəcə olaraq, pambıqla dərinizə çəkin.

Zeytun yağı

Dəriniz qurudursa, zeytun yağı ən yaxşı dostunuz ola bilər.

Qatıq

Qatıqda olan faydalı probiotik makiyajınızı təmizləyərkən dərinizi rahatlaşdıracaq. Fermentlər və laktik turşusu isə ölü dəri hüceyrələrini yox edərək, dərinin itirdiyi suyu geri qaytarır. Çətin deyil, pambığı qatığa batırıb dərinizi masaj edin. 

Süd

Həssas dəriyə sahib olanlar üçün süddən daha yaxşı təbii makiyaj təmizləyicisi ola bilməz. Süddə olan su, yağ və zülalın dəriyə rahatlaşdırıcı təsiri var. Dərinin yenilənməsini təmin edir və nəmini geri qazandırır.

Uşaq şampunu

Uşaq şampunları körpələrin həssas dərilərinə uyğun hazırlandığından göz ətrafı üçün olduqca yumşaq bir alternativdir.

Aloe vera

Xüsusilə yağlı dərisi olan qadınların seçim edə biləcəyi aloe vera ehtiva etdiyi vitamin, mineral və amin turşuları ilə inadçı makiyajınızı təmizləyər. Bu bitki həmçinin qızartı və şişmiş gözlərə də yaxşı təsir edir. 

Cia.az