|
Benqazidə toqquşma

Liviyanın Benqazi şəhərində hökumət qoşunları və silahlılar arasında şiddətli toqquşmalar baş verib.

APA-nın France Presse-ə istinadən verdiyi xəbərə görə, nəticədə 16 nəfər ölüb, onlarla adam yaralanıb.

Həmçinin, dekabrın 22-də Benqazinin yaxınlığında silahlıların blokposta hücumu nəticəsində 5 hərbi qulluqçu həlak olub.

Məlum olduğu kimi, son həftələr Benqazi və Tripoli uğrunda Liviya ordusu və islamçı qruplaşmaları arasında döyüşlər gedir.