|
Daban çatlarına çarə: limonu kəsin...

Söhbət ayaqlardan düşəndə qadınların ən çox qarşılaşdığı problem daban çatlarıdır. Bu çatlar pis görünüş yaratmaqla yanaşı bəzən ağrı da verə bilər. Xoş olmayan görüntü yaradan çatlar müalicə edilmədiyində xroniki bir görünüş halını alır.

Kremlə yumşaltmaq, ponza daşı istifadə etmək istədiyiniz qədər tez nəticə vermədisə,təqdim etdiyimiz bu üsul sizə yardım edəcək.

İri limonu ortadan iki yerə bölün. Ayaqlarınızda sərtləşən yeri limonla ovun. Ardından limonu dabanınıza qoyun və corab geyinin. 1 saat, ya da bütün gecə limonu ayağınızda saxlayın. Limonun tərkibindəki asitlər dərinin yumşalmasını təmin edəcək. Limonu çıxardıqdan sonra ayağınızı ilıq su ilə durulayın və nəmləndirici sürtün.

Cia.az