|
Yaşlanmanı gecikdirən avokadolu MASKA

Avokadonun faydaları saymaqla bitməz. Avokadoyla hazırlayacağınız maska da bütün dəri problemlərinə qarşı faydalı olacaq. Avokadodan hazırlanan möcüzəvi maskanın reseptini təqdim edirik.

Lazım olan ərzaqlar:

Yarım avokado
Yarım xiyar
60 ml süd
1 qaşıq qara şəkər
1 qaşıq bal
Vanil esensiyası

Hazırlanması:

Bütün ərzaqları qarışdırıb blenderdan keçirin. Təxminən 30 saniyədən sonra yaşıl və qatı bir məcun yaranacaq. Bir neçə saat gözlədikdən sonra üzünüzə çəkə bilərsiniz.

Bu maska yaşlanmanı gecikdirir, dərini təmizləyir, toksinlərdən azad edir və nəmləndirir.

Cia.az