Bədənin müəyyən yerlərində olan yağ qatı insana doskomfort hissi verən səbəblərdən biridir. Təəssüflər olsun ki, ən çox yağ qatı da qarın-göbək hissədə toplanır. Bəzən arıq insanlar da bu bölgədəki yağdan şikayət edirlər. Lakin streç sellofanla bunun öhdəsindən gələ bilərsiniz. Aile.lent.az bu üsulla sizi tanış edir.
Vəsaitlər:
E vitamini yağı
Dəniz duzu və ya təzə çəkilmiş qəhvə
Kakao yağı
Streç sellofan
Hazırlanması:
Əvvəlcə qarnınızı E vitamini yağıyla masaj edin. Sonra çox bərk olmadan yüngülcə sıxaraq qarnınızı streç sellofanla sarın. 1-2 saat bu şəkildə saxlayın. Sonra streç sellofanı çıxarın, dəniz duzu və qəhvə dənələrini götürüb duşa gedin. Qarnınızı pilinq edirmiş kimi dəniz duzu və qəhvə ilə masaj edərək yuyun.
Duşdan çıxdıqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.
Bu üsul xüsusilə göbək və bud bölgəsi üçün təsirlidir. Lakin tətbiq edərkən dərinizdə hər hansı bir həssaslıq hiss etsəniz, davam etdirməyin.
Cia.az
