Xorvatiya millisinin futbolçusu Mario Mandzukiç "Avro-2016"da Türkiyə ilə oyun öncəsi açıqlama verib.
O, turnirdəki hər matçın çətin keçəcəyini deyib:
"Komandanın bütün futbolçuları əzmkar mübarizə aparmalıdır. Bunu bacarsaq, Türkiyəyə qalib gəlmək şansımız çox olacaq. Qələbə qazanaraq özümüzə olan inamı artıra bilərik".
O, Türkiyə millisinə hörmətlə yanaşdıqlarını bildirib:
"Rəqib yaxşı komandadır. Güclü məşqçiləri və oyunçuları var. Onların meydanda bütün güclərini ortaya qoyduqlarını bilirik".
Cia.az
