İspaniya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirərək sensasiyaya səbəb olub. Visente del Boskenin komandası Gürcüstan millisi ilə qüvvəsini sınayıb.
Qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. Son Avropa çempionu Gürcüstana məğlub olub. Oyunda yeganə qolu 40-cı dəqiqədə Tornike Okriashvili vurub. Bu qələbə Gürcüstan futbolunda tarixi bir hadisə kimi qarşılanıb. Gürcülər bu matç haqqında nəvə və nəticələrinə danışacaqlar.
A qrupunda qərarlaşan İspaniya millisi Xorvatiya, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq. Avropa çempionatı (AÇ) iyun ayının 10-dan iyulun 10-dək keçiriləcək. Eyni zamanda ötən gün Türkiyə yığmasının baş məşqçisi Fatih Terim final mərhələsi üçün yekun heyəti açıqlayıb.
Cia.az
