|
Doğuşa qədər hamilə olduğunu bilmədi
İngiltərənin Çeşirə bölgəsində yaşayan bir qadın hamilə olduğunu 9 ay sonra -  uşağını dünyaya gətirəndə anlayıb. 
İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, 24 yaşındaki Saşa Hood doğum sancıları çəkməyə başlayanda şoka girib. Çünki Saşa son 9 ay boyunca sistemli olaraq hamiləlikdən qorunma həblərindən istifadə edib və menustrasiya günlərini sistemli olaraq keçirib. Hətta Saşanın qarnında heç şişlik olmayıb. 
Olayın ən maraqlı cəhəti isə doğuşu Saşanın əri Mark Jepsonun qəbul etməsi və prosesin... hamamda baş tutmasıdır. Xəbərdə qeyd olunur ki, Mark adını Teo qoyduğu körpələrinin həyatını da xilas edib. Belə ki, Teo göbək bağı boynuna dolanmış şəkildə dünyaya gəlsə də, atası bu bağı oğlunun boğazından açıb. 

Həkimlər hazırda körpənin sağlıq durumunun yaxşı olduğunu, hətta onun normadan dörd gün gec dünyaya gəldiyini deyiblər.
Cia.az