|
Tənhasansa bu kreslo səni qucaqlayır
“Unicare” firması Tokioda keçirilən beynəlxalq ev əşyaları və komfort sərgisində ilginc kreslo təqdim edib. Özəl olaraq yaşlı və tənha insanlar üçün nəzərdə tutulmuş kreslonun dizaynı olduqca maraqlıdır. Belə ki, oturacaq hissə gülən və uzun qolları ilə adamı qucaqlayan adam formasındadır. 
Dizaynerlər hesab edir ki, kreslo yaşlı adamlara kiminsə tərəfindən qucaqlandıqlarını hiss etdirəcək və bu, onlara yalnızlıqlarını unutduracaq. “New-York Daily News”un xəbərinə görə, kreslonun ümumi məbləği 420 dollardır. “Unicare” təmsilçiləri deyir ki, kreslo eyni zamanda əlillər üçün də ideal vasitədir. 

Sərgidə eyni zamanda sahibinə dərman qəbulunun və ayaqyoluna getmənin vaxtını xatırladan kukla da nümayiş etdirilib. Həmin kukla eyni zamanda yaşlı adamlara xoş gələn keçmiş yapon mahnılarını da ifa edə bilir.
Cia.az