|
40 il sonra oğlu oldu, məhkəmə qərarı ilə inandı
İki dəfə evlənməsinə baxmayaraq, 40 ildir uşaq sahibi ola bilməyən iş adamı İbrahim G. işçisi Asuman C. ilə münasibət qurub. Bu münasibətdən hamilə qalan gənc qadına isə “mənim uşağım olmur, bu uşaq mənim deyil” deyən sevgilisindən zərbə gəlib.
Atalıqla bağlı məhkəməyə müraciət edən qadın uşağını DNA testindən keçirib. Nəticədə məlum olub ki, uşaq məhz 65 yaşlı İbrahim G-dəndir. İş adamı bildirib ki, 8 il evli qaldığı arvadından uşağı olmadığı üçün onu boşayıb. İkinci evliliyi isə 32 il davam edib və ondan da uşağı olmayıb. 40 ildir övlad arzulayan kişi 2008-ci ildə şirkətinin satış departamentində işləyən Asuman C. ilə yasaq münasibət yaşayıb. Ona şəhərin bahalı yerində ev kirayələyib və 1 il boyunca görüşüb. Hamilə olduğunu öyrənən Asuman bu xəbəri sevgilisi ilə bölüşəndə isə sərt reaksiya ilə üzləşib və ayrılıblar. 

Məhkəmə isə test nəticəsində kişini körpənin atası kimi təsdiqləyib və ona öz soyadını verməsi, anasına isə aylıq məbləğ ödəməsi barədə qərar çıxarıb.
Cia.az