|
Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-a qədər Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Virtualaz.org “Azəriqaz” İB-yə istinadən bildirir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Cia.az