Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün kansler Angela Merkellə görüşəcək.
Bu haqda “Spiegel” kanslerin dəftərxanasına istinadən bildirir. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunacaq. Görüş Almaniya hökumətinin iqamətgahında baş tutacaq.
Cia.az
