Əfqanıstanda Taliban hərəkatı yeni terror aktı törədib. Musavat.com xarici mediaya isitnadən bildirir ki, Taliban terrorçularının həyata keçirdiyi basqında aralarında ölkənin şimalında yerləşən Sar-i Pul vilayətinin Sancaraq rayonunun kəşfiyyat rəisi Sayed Şerefeddinin də olduğu 6 şəxs həlak olub.
Sar-i Pul qubernatorluğunun sözcüsü Zəbihullah Amaninin Anadolu agentliyinə verdiyi açıqlamaya görə, Taliban silahlıları Sancaraqın Ləngər bölgəsində kəşfiyyat rəisinin maşınına pusqu qurublar.
Amaninin sözlərinə görə basqında kəşfiyyat rəisindən başqa, onun müavini, 3 mühafizəçisi və bir müəllim də həlak olub. Hadisə kəşfiyyat rəisinin qatıldığı bir dəfn mərasimindən rayon mərkəzinə geri dönərkən baş verib.
Qeyd olunur ki, terror təşkilatı basqınla bağlı məsuliyyəti öz üzərinə götürüb.
Cia.az
