|
Azərbaycan baş prokurorunun sabiq müavini dünyasını dəyişib
Azərbaycan baş prokurorunun sabiq müavini vəfat edib.
"Report" xəbər verir ki, respublika prokurorluğunun veteranı Vaqif Nəzərov dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif İsrafil oğlu Nəzərov 1991-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə baş prokurorun müavini təyin edilib, 1992-ci ildə vəzifəsindən azad edilib və Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib. 
Cia.az