|
Prezident seçkilərinin nə vaxt keçiriləcəyi bəlli oldu

Haiti hökuməti ötən seçkinin nəticələrini həqiqi saymır. 

Haiti Müvəqqəti Seçki Şurası 2015-ci ilin oktyabr ayında keçirilən prezident seçkilərinin I turunun nəticələrini ləğv edib. Növbəti seçkilərin keçirilmə tarixi 2016-cı ilin oktyabr ayında olacaq.
ANS PRESS-in "Frans Press"ə istinadən verdiyi məlumata görə, bunu şura sədri Leopold Berlanje bildirib. Berlanjenin sözlərinə görə, birinci turun təkrar keçirilməsi cari ilin oktyabr ayının 9-na təyin olunub. Zərurət yaranacağı təqdirdə ikinci tur 8 yanvar 2017-ci ildə baş tutacaq.
Oktyabrın 26-da keçirilən prezident seçkilərinin I turunda 54 namizəd iştirak edib. İkinci tura "Tet Kale" partiyasından Jovenel Moiz və Jüd Selestan keçməyə nail olub. Prezident Mişel Martelli seçkilərə qatılmayıb. Həmin gün müxtəlif qayda pozuntularına görə 70-dən çox insan saxlanılıb.
Cia.az