Pasiyent beynindən əməliyyat aparılarkən həkimlərlə danışıb.
Beynindəki xərçəng şişinin götürülməsi əməliyyatı zamanı 19 yaşlı İqa Yasika adlı qız tibb dünyasını şoka salıb. Hadisə Polşada baş verib. Xəstə həkimlərin manipulyasiyası bitmədən öncə oyanıbmış. Cərrahlar bildirib ki, bu durumda danışmaq pasiyentə hər hansı təhlükə yaratmır. Professor David Laricin sözlərinə görə, əməliyyat olduqca uğurlu keçib. Xəstə isə əməliyyatı aparan həkimlərlə öz sevimli pişiklərindən danışıb. Amma həkim bildirib ki, həmin anda gənc qadın nəyisə görəcək və duyacaq durumda olmayıb.
Ekspertlər hesab edir ki, beyindəki hansısa manipulyasiya nəticəsində anesteziya effekt verməyib və xəstə əməliyyat zamanı oyaq olub.
Cia.az
