“World Economic” Forumun analizinə görə, 2020-ci ildə robotlar dünyada 5 milyon işçini əvəzləyəcək. Bu tarixə 4 il var, amma indidən Avropa ölkələrində həyəcan siqnalları çalınmağa başlayıb.
İsveçrə tarixi bir referenduma gedəcək. Hər vətəndaşa ayda 2500 İsveçrə frankı məbləğində gəlir ödənməsi nəzərdə tutulub, bununla bağlı səsvermə keçiriləcək. Təklif qəbul edilsə, sosial yardımlar kəsiləcək. Aylıq 2500 frank xaricində işsizlik yardımı da veriləcək. Finlandiyanın 3 şəhərində də hər kəsə aylıq 850 avro maaşa bağlı qanun qüvvəyə minmişdi. Fransada da bu mövzu müzakirə olunur.
Avropada robotların işçilərin yerini alması ilə işsizliyin artması və istehsalın zəifləyəcəyinə dair narahatlıq gündəmdədir. Bu səbəbdən də Avropa Birliyində işsiz qalacaq insanlara gəlir yaratmaq üçün müxtəlif formullar üzərində işlənilir.
Cia.az
