|
İlham Əliyev Berlində ilk görüşlərini keçirib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirildi. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

*   *   *19:41

Azərbaycan prezidenti İlham Əliyevin Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.

Görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini apelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

***

 

Azərbaycan prezidenti İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycanla “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirilib.

Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Cia.az