Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək.
Virtualaz.org bildirir ki, xəbəri bu gün TRT haber kanalı yayıb.
Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin iyunun 10-da keçiriləcək dəfn mərasimində iştirak edəcək.
dünyanın ən məşhur idmançılarından biri olan Məhəmməd Əli iyunun 4-də tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib.
1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.
Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiya Oyunlarının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib.
Onu da qeyd edək ki, 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.
Cia.az
