Azərbaycan prezidenti Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
cia.az dövlət başçısının saytına istinadən bildirir ki, R. Fətəliyevə Azərbaycanda kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Xalq artisti” fəxri adı verilib. Dövlət başçısının digər sərəncamı ilə R. Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
cia.az
