|
Ağdam rayonuna dolu yağıb

Ağdamın yaşayış məntəqələrinə dolu yağıb.

Bu gün günorta saatlarında Üçoğlan, Səfərli, Quzanlı kəndlərinə yağan dolu biçilməmiş zəmilərə, tərəvəz sahələrinə ziyan vurub.

Yağıntı nəticəsində meyvə ağaclarına da ciddi ziyan dəyib.

cia.az