|
Bişkekdə böyük filosof Yusif Balasaqunun 1000 illiyi qeyd ediləcək

Bişkekdə türk dünyasının böyük filosofu və şairi Yusif Balasaqunun 1000 illiyi ilə əlaqədar “10-11-ci əsrlər Mərkəzi Asiya müsəlman intibahının güzgüsü - Yusif Balasaqunun “Kutatqu-bilik” (“Faydalı bilik”) əsəri, qırğız və türk xaqanlıqlarının tarixi və mədəniyyəti” adlı beşinci beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Qırğızıstan Prezidenti Almazbek Atambayevin dəstəyi ilə bu ilin sentyabr ayında baş tutacaq konfransa bütün türk dünyasından, Avropa və Asiyadan alimlər dəvət olunublar.

Konfransda Yusif Balasaqunun yaşadığı dövr, həyatı, yaradıcılığı, Mərkəzi Asiyada müsəlman intibahı dövrü, qırğızşünaslığın və türkologiyanın müasir problemləri, Qaraxanilərin, qırğız xaqanlıqlarının və digər türk dövlətlərinin tarixinə aid yeni tədqiqatlar, arxeologiya, etnoqrafiya və antropologiyada yeniliklər mövzularında məruzələr dinləniləcək.

Cia.az