|
''Barselona'' Denis Suaresi qaytarır
“Barselona” son mövsümü “Vilyarreal”da keçirən yarımmüdafiəçisi Denis Suaresi qaytarır.
Bununla bağlı məlumatda qeyd olunub ki, əgər fövqəladə nəsə baş verməsə, D.Suares yeni mövsümdən Kataloniya klubunda çıxış edəcək.
Qeyd edək ki, tərəflər arasındakı razılığa əsasən, “Barselona”nın Suaresi yenidən geri almaq hüququ var. Bu transfer üçün “Vilyarreal”a 3 milyon avro ödənəcəyi bildirilir.
Xatırladaq ki, 22 yaşlı D.Suares son mövsüm İspaniya çempionatında 33 oyun keçirib, 4 qol vurub və 7 qolun ötürməsini verib.
Cia.az