|
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının diqqətində - Video
“Azərbaycanda gömrük sisteminin inkişaf etdiyini görə bilirəm. Eyni zamanda, beynəlxalq baxış bucağından da bunu görmək olur”. 
 
Bu sözləri ANS TV-nin "Hesabat" verilişində Mir Şahinə müsahibəsində Ümumdünya Gömrük Təşkilatının rəsmisi Lars Karlson bildirib.
 
Lars Karlson yaxın gələcəkdə Azərbaycan gömrüyünün Avropa, Amerika ilə eyni keyfiyyət səviyyəsinə çatacağına inandığını söyləyib.
 
Qonaq müsahibəsində Azərbaycanda gömrük əməkdaşlarının əmək haqlarının yüksək həddə çatdırlması barədə öz təkliflərini irəli sürüb
 
“Azərbaycan hökumətinə gömrükçülərin əmək haqlarının qaldırlmasını tövsiyyə edərdim ki, gömrük məmurları karyeranın davamı, işin peşəkarcasına yerinə yetirilməsi barədə düşünsünlər. Elə bir sistem tətbiq edilməlidir ki, pis davarnış yaxud effektisizliyi müəyyən edə bilsin. Yəni qamçı və kökə siyasəti olmalıdır”-deyə  Lars Karlson qeyd edib.
 
 

Cia.az