|
Bakıda 48 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb

Bakıda daha bir intihar hadisəsi baş verib.

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Musa Nağıyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Səidə Müzəffər qızı Ağayeva özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Cia.az