|
Yaşamaq üçün hər gün 3 saat yağın içində qalır
Nicola Vhitehill adlı qadının dərisi o qədər sıxdır ki, əzələlərini hərəkət etdirə bilməsi üçün hər səhər 3 saat boyunca yağın içində yatır. 
Skleroderma xəstəsi olan 42 yaşlı Nicola hər gün bu ritualı təkrarlamasa hərəkət edə bilmir. Skleroderma xəstəliyində xəstənin dərisi sərtləşir və hətta bəzən daxili orqanlarına da təsir edir. Nicola 24 yaşında olanda ona bu diaqnoz qoyulub. Həmin vaxt gənc qadın şəxsi münasibətlər və ailə həyatı barədə xəyallarından vaz keçib. Çünki həkimlər ona yaşaması üçün cəmi 15 ay ömür biçiblər. Cildin elastikliyini itirməsi qadının hərəkətlərini tamamən məhdudlaşdırıb. Hər hansı bir hərəkəti şiddətli ağrı və özündən getmə ilə nəticələnir. Şanssız qadının xəstəliyi o qədər üst səviyyədədir ki, evini ancaq xəstəxanaya və marketə getmək üçün tərk edir. 
 
Nikola xəstəliyini aşağıdakı sözlərlə ifadə edib: “Xəstəliyimdən əvvəl sosial həyatım çox hərəkətli idi. Öncə barmaqlarım şişməyə və sərtləşməyə başladı, daim özümü yorğun hiss edirəm. Xəstəliyin ilk əlamətlərini gecələr çox tez-tez bayıra çıxmaqla əlaqələndirirdim. İndi heç bayıra çıxa bilmirəm, çünki ağrılarım çox şiddətlidir. Sanki bədənim tikanlı məftillərlə əhatə olunub. Özümü palçığa batmış kimi hiss edirəm”. 
 
Xəstəliyin bütün ağırlığına baxmayaraq, Nikola həkimlərin təxmin etdikləri vaxtdan 20 il artıq yaşayıb.
Cia.az