|
Rusiyada yol qəzasında 3 nəfər itkin düşüb
Rusiya Federasiyasının Yakutiya respublikasında baş vermiş yol qəzasında 3 nəfər itkin düşüb, 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. 
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə Nyuya çayı üzərindəki körpünün üzərində baş verib.
Hadisəyə səbəb "Ural" yük avtomobilinin içində 5 nəfərin olduğu "Nissan Patrol"la toqquşması olub.  
Cia.az