|
Əli İnsanovun ictimai müdafiəçisi sərbəst buraxıldı

Bakı aeroportunda saxlanılan ictimai fəal Yalçın Qəhrəmanoğlu sərbəst buraxılıb.

Xəbəri Turan yayıb.

Xatırladaq ki, Y.Qəhrəmanoğlu mayın 31-də Kiyevdən Bakıya anasının hüzründə işitrak etmək üçün gəlib. Aeroportda saxanılıb. Onun saxlanılmasının səbəbi bəlli olmayıb.

Qeyd edək ki, Yalçın Qəhrəmanoğlu 5 ildir Kiyevdə yaşayır və Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının yerli nümayəndəsidir.

Bundan əvvəl o, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin üzvü idi

Cia.az