|
Neft Fondu 13 banka 50 milyon dollar satdı

Bu gün keçirilən ənənəvi valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb və 13 banka satılıb.

Bu barədə virtualaz.org-a Fonddan məlumat verilib.

Fonddan o da bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Cia.az