|
Özcan Dənizlə Nurgül Yeşilçay Bakıya gələcək
Türkiyəli aktyorlar Özcan Dəniz və Nurgül Yeşilçay Bakıya gələcək. 
Bu haqda Axşam.az-a Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda aktyorlarla danışıqlar gedir və payızda baş tutacaq səfərin vaxtı dəqiqləşdirilir. Özcan və Nurgül yeni çəkildikləri “İkinci şans” adlı filmin qala gecəsində iştirak edəcəklər. 

Qeyd edək ki, prodüserliyini Özcan Dənizin etdiyi ekran işinin çəkilişləri bu ilin martından başlayıb.
Cia.az