|
Malidə iki terror: 4 BMT sülhməramlısı öldürülüb
Malidə törədilən iki terror aktı nəticəsində 4 BMT sülhməramlısı öldürülüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qao şəhərində sülhməramlıların yerləşdiyi bazanın yaxınlığında törədilən partlayış zamanı Çin hərbçisi ölüb.
 
Bundan sonra silahlılar BMT-nin minalardan təmizlənmə xidmətinə hücum edərək 3 nəfəri qətlə yetiriblər. Onlardan birinin Fransa vətəndaşı olduğu bildirilir.
 
Terror aktlarına görə məsuliyyəti  “Əl-Qaidə Maqrib ölkələrində” terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11 min BMT sülhməramlısı yerləşdirilib.
Cia.az