|
Çin Ayfon-7 probleminin həllini tapdı

Ayfon-7-də qulaqcıq girişi olmasa da, aksesuar istehsalçıları buna çarə tapıblar.   

 
Axar.az xəbər verir ki, Çinin “Tama Elektrik” şirkəti tərəfindən təkmilləşdirilən aksesuarın bir ucunda USB kabeli, digər ucunda isə 3,5 mm-lik qulaqcıq girişi yer alır. Bu aksesuar vasitəsilə Ayfon-7 istifadəçiləri qulaqcıqdan istifadə edə biləcəklər.   
 
Qeyd edək ki, “Əpl” şirkəti son iki ildə istehsal etdiyi ayfonlarda köklü dəyişikliklər edib.
 
Cia.az