Dünya miqyasında sürətlə bir dəb yayılıb. Bu, insanların öz bədəninə nöqtəli vergül işarəsini tatuaj vurdurmasıdır. Bu aksiyanın məqsədi isə insanın əqli sağlamlığına diqqət çəkməkdir.
Sosial media istifadəçiləri nöqtəli vergül (;) şəklindəki tatuirovkaları sosial mediadakı hesabları vasitəsilə paylaşırlar, bu simvolun daşıdığı məna isə həyatın daimiliyidir. Xatırladaq ki, sözügedən layihə 2013-cü ildə başlanıb. Heç bir mənfəət güdməyən layihə intihar, davranış pozğunluğu, özünə zərər vermə kimi situasiyalara qarşılıq olaraq insanlara psixoloji dəstəkdir.
Daha bir məqam: əsasən yazarların istifadə etdiyi bu durğu işarəsi onların cümləni istənilən zaman yekunlaşdıracağı mənasını daşıyır. İnsanların da yaşadıqları ağrılardan sonra bu nöqtəyə gələ bildiyi situasiyalarda sözügedən simvol özündə mübarizəni əks etdirir.

Cia.az
