|
“Azərbaycan ədəbiyyatında maarifçi dalğa”

“Yeni nəsil gənclik” qrupunun təşkilatçılığı ilə tanınmış yazıçı-publisist Elnur Astanbəyli oxuyucularla görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, yazıçı tədbir zamanı “Azərbaycan ədəbiyyatında maarifçi dalğa” mövzusunda mühazirə deyib.

Mühazirə zamanı ədəbiyyatımızda Sovet dönəmindən öncəki xronoloji tarixi xatırladıb və bu günki naliyyətlərlə müqayisə edib.

Nəticə olaraq müəyyən dövrdə durğunluq qeydə alınmış Azərbaycan ədəbiyyatının, son 10 ildə “maarifçi dalğa” ilə yeni nəfəs qazandığı qənaəti tədbir iştirakçılarına təbliğ edilib.

Daha sonra lektor Elnur Astanbəyli tədbir iştirakçılarının suallarını cavablandırıb və tədbir başa çatıb.