Balakən rayon sakini intihara cəhd etməzdən əvvəl özünü bıçaqlayıb.
Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasından bildirilib.
Məlumata görə, Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü atmazdan əvvəl qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib.
* * *16:12
Balakəndə intihara cəhd olub.
Şahidlərin APA-ya verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü 2-ci mərtəbədən atıb.
Xəstəxanadan sayta bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Cia.az
