|
Bakıda məktəbli qız itkin düşdü

Bakıda orta məktəb şagirdi itkin düşüb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 31-də qeyd alınıb. 283 saylı orta məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova məktəbdən çıxdıqdan sonra itkin düşüb.

Onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Cia.az