|
“Sirab” zavodunun sürücüsü iş yerində suda boğuldu

Bakıda H.Əliyev prospekti 106 ünvanında yerləşən “Sirab” su zavodunun həyətində ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Babək rayon sakini, 1967-ci il təvəllüdlü Adil Əbilov ehtiyatsızlıq edərək zavodun həyətində yerləşən su hovuzuna yıxılaraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki A.Əbilov müəsissədə sürücü vəzifəsində çalışıb.

Cia.az