|
Həmsədrlər prezidentlərin iyun görüşünü gözləyir

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və hərtərəfli sülh sazişi üzrə danışıqlar barədə vacib müzakirələr apardıq”.

Virtualaz.org bildirir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. “Biz prezidentlərin iyunda görüşünü səbirsizliklə gözləyirik”,- deyə o qeyd edib.

Xatırladaq ki, görüş dünən Brüsseldə keçirilib.

Cia.az