|
Xəyanətini bağışladığı sevgilisinə ərə gedir

Türkiyəli aktrisa Ceyda Ateş xəyanətini bağışladığı sevgilisi Buğra Toplusoyla ailə həyatı qurmağa qərar verib.
Aktrisayla münasibətinə görə, atası ilə mübahisə edən Toplusoy, bir müddət əvvəl ABŞ-a yerləşib. O, Ceyda Ateşə elə xaricdə olarkən xəyanət edib. Bunu bilən aktrisa sevgilisindən ayrılır.

Aradan uzun zaman keçəndən sonra köhnə sevgililər yenidən görüşürlər. Toplusoy Florida ştatınında aktrisaya evlilik təklifi edir. Ceydanın “hə”sini alan sevgilisi onunla ailə həyatı qurandan sonra ABŞ-da yaşayacağı qərarını açıqlayıb. Aktrisa onunla razılaşıb.

Cia.az