|
Çikaqoda istirahət günlərində 48 atışma qeydə alınıb
ABŞ-ın Çikaqo şəhərində Amerikalı Hərbçilərin Xatirəsi Günü qeyd olunduğu istirahət günləri ərzində atışma ilə müşayiət olunan 48 insident qeydə alınıb. 
APA-nın  “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, atışmalar zamanı 6 nəfər ölüb, 56 nəfər isə yaralanıb. Məlumata görə, ötən ilki Xatirə Günündə 14 nəfər ölüb, 56 nəfər isə yaralanmışdı.
 
Havalar istiləşəndən sonra şəhərdə silahlı insidentlərin sayının xeyli artdığı bildirilir.  
Cia.az