Everestə çıxan Robert Gropel xəstələnən həyat yoldaşının ölümünə səbəb olub. Belə ki, R.Gropel və həyat yoldaşı Mariya Stidom zirvəyə birgə çıxmağı planlaşdırmışdı.
Amma yarı yolda qadının vəziyyəti pisləşib, həyat yoldaşı isə onu o vəziyyətdə qoyaraq zirvəyə çıxıb. Qayıdanda isə Mariya daha da pisləşib və bir müddət sonra dünyasını dəyişib. Robert isə deyib ki, yoldaşını yarım saatlığına da olsa tək qoyduğu üçün özünü günahkar hiss edir.
Cütlük akademik olub, Gropel hadisəni belə danışıb: “Zirvəyə 15 dəqiqəlik məsafədə Mariyanın vəziyyəti pisləşdi və çıxa bilməyəcəyini dedi. Ondan soruşdum ki, əgər zirvəyə çıxsam, məndən inciyərmi? Davam etməmi və məni gözləyəcəyini dedi. Zirvəyə çıxdığım zaman isə özəl bir hiss keçirmədim, çünki o, yanımda deyildi. Dərhal aşağı düşdüm, yanına getdim. Onunla enişə başladıq, amma o, yeriyə bilmirdi. Oksigen və dərman verdik. Bir az sonra şüurunu itirdi və onu xilas edə bilmədik”.
Cia.az
