|
Neft Fondu hərracda 50 milyon dollar satdı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Cia.az-a verilən məlumata görə, bu vəsaitdən 40 mln. dolları 3 banka və 10 mln. dolları isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Cia.az