|
Azərbaycan dünən neft satmayıb

Mayın 30-da İngiltərədə qeyd edilən “Spring Bank Holiday” bayramı ilə əlaqədar iş günü olmayıb.

Bu səbəbdən Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri Light” markalı neftin satışı üzrə hərrac olmayıb.

Beləliklə Azərbaycan neftinin 1 barelinin qiyməti ötən həftənin sonunda olduğu kimi 50,87 dollara bərabər olub.

Cia.az