Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyası qarşısında zəncirvari qəza baş verib. Nəqliyyat vasitələrinin yüngül toqquşması ərazidə sıxlığın yaranmasına səbəb olub.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Eyni zamanda, Bakı-Sumqayıt şosesinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, Üzeyir Hacıbəyov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Bül-bül prospekti ("Sahil" metro stansiyasının qarşısı), habelə İ.Həsənoğlu küçəsində (№5 xəstəxananın qarşısı) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Cia.az
