|
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 2-də Latviyaya səfər edəcək.
 
APA-nın xəbərinə görə, bu barədə Latviya XİN-in məlumatında deyilir. Məhəmməd Cavad Zərif ölkə rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək və Latviya-İran işgüzar forumunun açılışında iştirak edəcək. Səfər çərçivəsində İran XİN rəhbəri Latviya prezidenti Raymond Veyonis, parlamentin spikeri İnara Murniyets, latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşəcək. Həmçinin iki ölkə XİN-i arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.
 
Qeyd edək ki, bu İran İslam Respublikası xarici işlər nazirinin Latviyaya ilk səfəridir. Latviya XİN rəhbəri E.Rinkeviçsin isə İrana ilk səfəri 2014-cü ildə baş tutub. 
Cia.az